Modern.az

Gənclər günü ilə bağlı təntənəli mərasim keçirilib

Gənclər günü ilə bağlı təntənəli mərasim keçirilib

2 Fevral 2018, 20:02

Bu gün 2 fevral - Gənclər Günü münasibətilə mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən şəxslərə 2018-ci il Gənclər üçün Prezident mükafatlarının təqdim edilməsi və bir sıra digər gənclərin mükafatlandırılması mərasimi keçirilib. Modern.az xəbər verir ki, “Buta Palace"da keçirilən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Birinci vitse-prezidentin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Gənclər və idman naziri Azad Rəhimov və digər dövlət, hökumət nümayəndələri, millət vəkilləri iştirak ediblər.

 

Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək bildirib ki, bugünkü gənclər vətənpərvər, təhsilə meyilli, milli-mənəvi, mədəni köklərinə bağlı, cəmiyyətin sosial məsələlərinə diqqətli və təşəbbüskardır: "Yaradıcı və istedadlı gənclərin üzə çıxarılması, onlara dövlət dəstəyinin göstərilməsi sahəsində yeni formatlar tətbiq edilir. Gənclərin ictimai təşəbbüskarlığı, iştirakçılığı, təşkilatlanması məsələləri də əsas məqsədlərdəndir".

 

Nazir qeyd edib ki, bu il ictimai hadisələrlə zəngindir: "Bildiyimiz kimi, Bakı 2025-ci ildə EKSPO sərgisinin keçirilməsi üçün 3 namizəd şəhərdən biridir. Bugünkü tədbirdə də məhz "Ekspo 2025" üçün gənclər arasında esse müsabiqəsinin başlanğıcını elan edirik".

 

Bu il Azərbaycanda prezident seçkilərinin keçiriləcəyini xatırladan A.Rəhimov ölkə gənclərinin Prezident İlham Əliyevə yekdilliklə səs verəcəklərinə əminliyini ifadə edib.

 

Tədbirdə ötən il ölkənin ictimai-siyasi mədəni həyatında prezident mükafatlarına layiq görülən gənclərə mükafatları təqdim olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi