Futzal üzrə Azərbaycan milli komandası Sloveniyada keçirilən Avropa çempionatında vaxtından əvvəl 1/4 finala vəsiqəni təmin edib. Modern.az "Report"a istinadən xəbər verir ki, komandamız Fransa yığması ilə üz-üzə gəlib.
Qarşılaşma millimizin 5:3 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra yığma komanda ikinci görüşün nəticəsindən aslı olmayaraq növbəti mərhələyə vəsiqə qazanıb. Fransa yığması isə 2 oyuna 1 xal toplayıb. Millimiz növbəti matçda İspaniya ilə qarşılaşacaq.