Modern.az

Azərbaycan səfirliyi Tacikistan XİN-ə məktub göndərib

Azərbaycan səfirliyi Tacikistan XİN-ə məktub göndərib

Təhsil

16 İyul 2011, 11:47

Azərbaycanın Tacikistandakı Səfirliyi ermənilərin azərbaycanlı uşaqlara qarşı törətdikləri son hadisələri Orta Asiyanın diqqətinə çatdırıb. Bununla bağlı yayılan press-relizdə deyilir ki, bu il martın 8-də erməni snayperi  Ağdamın işğal altındakı Şıxlar kəndindən təmas xəttinə yaxın Orta Qərvənd kəndinin sakini, 9 yaşlı Fariz Bədəlovu öz yaşadığı həyətdə oynayarkən öldürüb. Ondan bir qısa müddət keçdikdən sonra isə iyulun 14-də Tovuz rayonunun Əlibəyli kəndində yeni bir faciə baş verib. 
"Bu dəfə isə ermənilərin çayla axıtdığı partlayıcı qurğunun işə düşməsi nəticəsində 13 yaşlı Aygün Şahmalıyeva həlak olub.

Bu artıq uşaqlara qarşı yönəldilmiş məqsədli müharibədir, bu müharibəni və terroru isə tarixin onillikləri boyu “ermənilərə qarşı genosid edilir” deyən  bir xalqın nümayəndələri törədirlər. Onlar tarix boyu uşaqları, qadınları, qocaları öldürüb yandıraraq, kəndləri məhv edərək türklərə qarşı genosid törədiblər.

Uşaqlara qarşı edilən  bu barbar hərəkətə heç cür ad vermək mümkün deyil.

Bu terror illərdən bəri davam edən münaqişənin həllinin tapılmasında və münaqişənin sülh yolu ilə həll olunmasında ikitərəfli inamı azaldır. Belə hərəkətlər hadisələrin gedişində gözlənilməyən nəticələrin baş verməsinə səbə ola bilər.

Uşaqın öldürülməsi insan hüquqlarıının qorunması sahəsində beynəlxalq sənədlərin pozulmasıdır -  insanlığa sığmayan bir hərəkətdir".

Azərbaycan Respublikasının Tacikistandkı səfirlyinin internet saytında (www.azembassy.tj)   Ermənistanın azərbaycana qarşı etdiyi əsassız ərazi iddialarından, işğal olunmuş torpaqlarımızdan, Azərbaycanın münaqişənin həlli üçün göstərdiyi səylərdən söhbət açır. Son hadisələrlə bağlı Səfirliyin hazırladığı xüsusi press-reliz “azembassy.tj” saytında yerləşdirilib, eyni zamanda Tacikistanın Xarici İşlər Nazirliyinə, səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə və yerli mətbuat orqanlarına göndərilib. 

Ləman Ağayeva,
Düşənbə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı