Türkiyə Ordusu “Zeytun budağı” əməliyyatını uğurla davam etdirir. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, keçirilən son əməliyyatlardan sonra PKK, İŞİD, YPG terror təşkilatlarına mənsub 74 terrorçu zərərsizləşdirilib. Bununla da ümumilikdə zərərsizləşdirilən terrorçuların sayı 897 nəfərə çatıb.