Modern.az

Prezident 69 yaşında ata oldu  

Prezident 69 yaşında ata oldu   

Aktual

3 Fevral 2018, 14:19

Finlandiya Prezidenti Sauli Niinistö yfevralın 2-də ata olub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, həyat yoldaşı Jenni Haukio ona oğul övladı doğub.

Bu, 69 yaşlı Niinistönün ikinci evliliyidir. Onun birinci həyat yoldaşı 1995-ci ildə avtomobil qəzası nəticəsində həlak olub. İlk evliliyindən iki oğlu olan prezident 2009-cu ildə 40 yaşlı şairə Jenni Haukio ilə ailə həyatı qurub. O, Finlandiya tarixində prezidentliyi dövründə ata olan ilk dövlət başçısıdır.

Xatırladaq ki, Sauli Niinistö yanvarın 28-də yenidən ölkə prezidenti seçilib və fevralın 1-də vəzifəsinin icrasına başlayıb. O, 67,2 faiz səslə digər 7 namizədi xeyli qabaqlayıb və seçkilərin ilk turunda qələbə qazanıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi