Modern.az

Azərbaycanda əhalinin 3%-i Facebook-dan istifadə edir

Azərbaycanda əhalinin 3%-i Facebook-dan istifadə edir

Təhsil

16 İyul 2011, 12:57

Texnoloji yeniliyin sürətlə gətirdiyi dəyişiklərdən biri də virtual sosial şəbəkələrdir. Sosial şəbəkələr müasir texnologiyaların yaratdığı xəbərləşmə, paylaşma, müzakirə etmə kimi bir çox ünsürləri özündə ehtiva edərək dünyanın əksər internet istifadəçiləri arasında xüsusi populyarlıq qazanıb.

”Bu gün Azərbaycanda sosial şəbəkələrin istifadə səviyyəsi artmaqdadır ki, bu da ölkədə İKT-nin tətbiq səviyyəsinin artmasının və internet azadlığının bariz nümunəsidir”-deyə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) aparat rəhbəri Vidadi Zeynalov bildirib.

Onun sözlərinə görə, Dünya İqtisadi Forumun qiymətləndirmələrinə görə Azərbaycan sosial şəbəkələrdən istifadə reytinqinə görə 138 ölkə arasında 44-cü yeri tutub. 2010-cu ilin yekunlarına görə ilkin qiymətləndirmələrə əsasən “Facebook” sosial şəbəkəsinin əhali arasında əhatə dairəsi təqribən 3% təşkil edir ki, bu isə ölkənin hər internet istifadəçisində 16.5-nin bu şəbəkədən istifadə etməsi deməkdir.

V.Zeynalov deyib ki, hesabat dövründə əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 15  ədədə, internet istifadəçilərinin sayı isə hər 100 nəfərdən 50-dir.

Ölkədaxili internet şəbəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürəti 2009-cu illə müqayisədə 2.7 dəfə artaraq, 40 GB/saniyəyə çatıb.

Hazırda respublika üzrə hər 100 nəfərə təxminən 30 genişzolaqlı internet istifadəçisi düşür ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.5 dəfəyə yaxın çoxdur.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı