Modern.az

"Toyota" 100 mindən çox avtomobili geri çağırır

"Toyota" 100 mindən çox avtomobili geri çağırır

4 Fevral 2018, 17:06

Yaponiyanın "Toyota" korporasiyası Highlander, Levin, Toyota Corolla markalı 181,8 min avtomobilini Çindən geri çağırır.

 

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, geri çağırma prosesinə fevralın 10-da start veriləcək.

 

Sözü gedən modellərin 2015-2016 ildə istehsal olunduğu bildirilir.

Avtomobillərin geri çağırılmasına səbəb kimi təhlükəsizlik yastıqlarında olan problemlər göstərilir. Şirkət onları təmənnasız olaraq dəyişdirəcəyini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi