Modern.az

Şəmkirdə intihar edən gəncin kimliyi bilindi - Yenilənib

Şəmkirdə intihar edən gəncin kimliyi bilindi - Yenilənib

4 Fevral 2018, 23:43

Şəmkir rayonunda intihar edən 25 yaşlı gəncin kimliyi məlum olub. Modern.az  "Report"a istinadən xəbər verir ki, Könüllü kəndində özünü asan şəxs 1993-cü il təvəllüdlü Tural Ələddin oğlu Məmmədəliyevdir.

 

T. Məmmədəliyev atasına mal-qara arxasınca getdiyini deyərək, evdən uzaqlaşıb. Bir qədər sonra Ə.Məmmədəliyev ondan xəbər almadığından tövləyə gedib. O, oğlunun cəsədini tövlənin tavanından asılı vəziyyətdə aşkarlayıb.

 

İlkin məlumata görə, T.Məmmədəliyevin hər hansı ruhi xəstəliyi olmayıb.

 

İntiharın səbəbi Şəmkir Rayon Prokurorluğu tərəfindən araşdırılır.

 

21:17

 

Şəmkirdə intihar hadisəsi baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Könüllü kəndində baş verib.

 

Kənd sakini, təxminən 20-25 yaşlarında olan gənc oğlan yaşadığı evdə özünü asıb. O dərhal xəstəxanaya aparılsa da öldüyü məlum olub.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırtma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi