Modern.az

Oğurluq edən qardaşlar saxlanıldı

Oğurluq edən qardaşlar saxlanıldı

5 Fevral 2018, 12:19

Qax şəhəri ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.  

          
DİN Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yerində müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla obyektə qeyri-qanuni yolla daxil olmaqla oradan ümumilikdə 10.300 manat və 100 ABŞ dollarının oğurlandığı məlum olub.

        
Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri olan 2 qardaş müəyyən edilərək saxlanılıblar.


Əvvəllər də məhkum olunmuşlar  - Elsevər və Eldəniz Muradovların ətrafında aparılan tədbirlərlə onların yanvarın 21-də və 30-da digər 2 mağazadan da  pul və tütün məmulatı oğurlamaları müəyyən edilib.

        
Faktla bağlı cinayət işi başlanılıb.  

***

Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini Mirəzim Məmmədova məxsus evdən qapını sındırmaq yolu ilə 1 ədəd televizor və təmir-tikinti alətlərinin oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.

        
Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən kənd sakinləri Afiyəddin Quliyev, Nurlan Axundov və əvvəllər məhkum olunmuş İmdat İsayev saxlanılıblar.

        
Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların yanvarın 19-da birlikdə daha bir sakinin evindən qızıl və məişət əşyaları oğurlamaları, həmçinin İ.İsayevin A.Quliyevlə birgə ötən ilin avqust və sentyabr aylarında kənd sakinləri Emin Həsənova məxsus həyətyanı sahədən 3 baş inək və daha bir evdən 1200 manat, danışıq kartları və tütün məmulatı oğurlamaları da müəyyən edilib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?