Modern.az

Əməliyyat yolu ilə silah-sursat götürülüb

Əməliyyat yolu ilə silah-sursat götürülüb

5 Fevral 2018, 12:59

İstirahət günlərində daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində uğurlu əməliyyat və profilaktik tədbirlər keçirilib.  

 

Modern.az xəbər verir ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Neftçala RPŞ-nin əməkdaşları şəhər sakini Xalid Abdullayevdən “İJ-12” markalı tüfəng və 47 ədəd patron, Sabirabad RPŞ-nin əməkdaşları rayon sakinləri Rizvan Fərzəliyevdən, Elməddin, Nemət və Araz Soltanovlardan müvafiq sənədləri olmayan ümumilikdə 4 ədəd “İJ” markalı tüfəng və 37 ədəd patron, Oğuz RPŞ-nin əməkdaşları Bayan kənd sakini, əvvəllər məhkum olunmuş Vaqif Fərzəliyevdən “İJ-16” markalı tüfəng götürülüb.  

 

Bakı şəhər sakini Əzizağa Vəliyev isə istifadəyə yararsız vəziyyətdə olan “Cobra” markalı tüfəngi və “İJ-53-M” markalı pnevmatik tapançanı könüllü olaraq Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinə təhvil verib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi