Modern.az

Hesablama Palatası ilə bağlı yeni qanun LAYİHƏSİ

Hesablama Palatası ilə bağlı yeni qanun LAYİHƏSİ

Aktual

5 Fevral 2018, 12:59

Bu gün kənar dövlət maliyyə nəzarətini tənzimləyən yeni qanun layihəsi - "Hesablama Palatası haqqında" yeni qanun layihəsinin ictimai müzakirəsi keçirilib.

 

Modern.az xəbər verir ki, Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının kooordinatoru Əliməmməd Nuriyevin sözlərinə görə, qanun layihəsi beynəlxalq audit standartlarının tələbləri nəzərə alınmaqla hazırlanıb.

 

“Yeni qanun layihəsi əvvəlkindən həm əhatə dairəsinə, həm də fəaliyyətin dəqiqliynə görə seçilir. Yeni layihə Patanın həyata keçirdiyi auditin forması ilə bağlı yeniliklər də gətirib”.

 

Hesablama Palatasının auditoru Firsənd Qurbanov deyib ki, dövlət büdcəsinin xərclərinə münasibət dəyişir, zamanla dövlət büdcəsinin xərclərinə münasibət fərqli olur, buna görə də bütün xərclərə nəzarət mütləq olmalıdır.

 

"Nəzarət mexanizmi elə formada olmalıdır ki, xərclərdən yalnız büdcə təşkilatlarının rəhbərləri deyil, ictimaiyyət nümayəndələri də xəbərdar olsun. İctimai müzakirədə səslənən faydalı fikirlər Palatanın fəaliyyətində diqqətə alınacaq”.

 

Hesablama Palatasının hüquq və kadr məsələləri şöbəsinin müdiri Nəsir Sadıqov isə qeyd edib ki, yeni layihə ilə Hesablama Palatasının statusu və dövlət maliyyə nəzarəti konkret müəyyən olunub.

 

“Həmçinin, yeni növ nəzarət tədbiri metodları müəyyən olunub. Nəzarət tədbirinin nəticəsi üzrə məlumatların göndərilməsi ilə bağlı yeniliyə əsasən, Palata Milli Məclisdən əlavə Prezidentə və aiddyyəti dövlət orqanlarına da məlumat verəcək”.

 

Şöbə müdiri bildirib ki, kadr potensialının genişləndirilməsi üçün xüsusi təlim mərkəzi yaradılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?