Modern.az

Cəlilabad sakinindən 1,2 kiloqram heroin götürüldü

Cəlilabad sakinindən 1,2 kiloqram heroin götürüldü

5 Fevral 2018, 13:07

Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilən əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində narkotik satışında şübhəli bilinən şəxs saxlanılıb.   

 

Modern.az idarəyə istinadən xəbər verir ki, araşdırmalarla onun Cəlilabad rayon sakini Bəhruz Əbilov olduğu məlum olub. Baxış zamanı ondan çəkisi 1 kiloqram 200 qram heroin aşkar edilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi