Tehranda bıçaqla silahlanmış naməlum şəxs prezident administrasiyasının dəftərxanasına daxil olmağa çalışıb.
Modern.az-ın məlumatına görə, təhlükəsizlik qüvvələri həmin şəxsi odlu silahla yaralayaraq qarşısını ala bilib.
Hadisə nəticəsində digər xəsarət alanların olmadığı bildirilir.
Hazırda hücumun təfərrüatları ilə bağlı araşdırma aparılır.