Modern.az

Magistraturaya qəbul üzrə imtahanların nəticələri açıqlandı

Magistraturaya qəbul üzrə imtahanların nəticələri açıqlandı

Aktual

5 Fevral 2018, 15:28

Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə keçirilən sınaq imtahanının nəticələri elan edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-a verilən məlumata görə, fevralın 4-də keçirilmiş sınaq imtahanının nəticələrini bu gün saat 14:40-dan etibarən elan edib.

 

Hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Bakalavrlar imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 1307 nəfərdən 25 nəfəri imtahana gəlməyib. 1282 nəfərin imtahan nəticələri DİM-in internet portalında yerləşdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi