Modern.az

MSK sabah növbədənkənar prezident seçkilərini müzakirə edəcək

MSK sabah növbədənkənar prezident seçkilərini müzakirə edəcək

5 Fevral 2018, 17:15

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, iclasda növbədənkənar prezident seçkiləri ilə bağlı məsələ müzakirə ediləcək və müvafiq qərarlar veriləcək.

 

Qeyd edək ki, Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi