Modern.az

Rusiyanın “Novaya Qazeta”sı Azərbyacanın Maliyyə Nazirliyindən üzr istəyib

Rusiyanın “Novaya Qazeta”sı Azərbyacanın Maliyyə Nazirliyindən üzr istəyib

Təhsil

18 İyul 2011, 10:56

Rusiyanın nüfuzlu “Novaya Qazeta” qəzeti Azərbaycanın Maliyyə Nazirliyinin şöbə müdiri barəsində yaydığı yanlış məlumata görə üzr istəyib. Modern.az  adıçəkilən rus nəşrinə istinadən bildirir ki, qəzet Sergey Kanevin “Çekistin ölümü” yazısında yol verdiyi ciddi səhvə görə üzrxahlıq edib.

“Bu məqalədə dələduz kimi adı çəkilən Xəlilov Namiq Mustafa oğlu Azərbaycan Maliyyə Nazirliyinin  Dövlət sosial nəzarəti xidmətinin rəisi kimi təqdim olunub. Əslində isə bu xidmətin rəisi tamamilə başqa adam, Xəlilov Namiq Cəlil oğludur. Hesab edirik ki, bu yanlış məlumatla şöbə müdirinin şərəf və ləyaqətini təhqir olunub. Biz cənab Xəlilovdan buna görə üzr istəyirik. Bəyan edirik ki, onun adının dələduzuluq işi bağlı məqalədə səhvən gedib və bu heç bir halda şəxsi-qərəzlik daşımır”-deyə qəzet bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Rusiyada çıxan “Novaya qazeta”da dərc olunmuş məhkəmə araşdırmasında Maliyyə Nazirliyinin Dövlət sosial nəzarəti xidmətinin rəisinin adı səhvən Rusiyada baş vermiş cinayət hadisəsində iştirakçı kimi çəkilib.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı