Kiyev Apellyasiya Məhkəməsində Odessanin sabiq qubernatoru Mixail Saakaşvilinin apellyasiya şikayətini təmin etməyib.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Yeni Qüvvələr Hərəkatı Partiyasının sədri haqda Kiyev Rayon İnzibati Məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.
Qeyd edək ki, məhkəmə Mixail Saakaşviliyə müdafiəyə ehtiyacı olan şəxs statusu verməkdən imtina edib. Qərardan narazı qalan Gürcüstanın sabiq prezidenti apellyasiya şikayəti verib.
Məhkəmənin qərarı Saakaşvilini vətəndaşlığı olmayan şəxs kimi Ukraynadan ekstradisiya etməyə imkan verir.