Modern.az

Gürcüstana gedən azərbaycanlı turistlərin sayı artıb

Gürcüstana gedən azərbaycanlı turistlərin sayı artıb

5 Fevral 2018, 19:51

Bu ilin yanvarında Gürcüstana gələn azərbaycanlı turistlərin sayı ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 0,8 faiz artıb. Modern.az  “Trend”ə istinadən xəbər verir ki, bunu Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze bildirib.

 

O qeyd edib ki, Gürcüstana daha çox Azərbaycan vətəndaşları səfər edir.

 

Ümumilikdə bu ilin yanvar ayında Gürcüstana 444,2 min əcnəbi gəlib. Bir il ərzində bu göstərici 14,8 faiz artıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi