Modern.az

Türkiyə Afrində yenə şəhid verdi

Türkiyə Afrində yenə şəhid verdi

5 Fevral 2018, 20:41

Bu gün Suriyanın Afrin bölgəsində minaatanlardan açılan atəş nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbçisi həlak olub.  Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb.

Bundan əvvəl "Zeytun budağı" əməliyyatı çərçivəsində şəhid olan türk əsgərlərinin sayının 15-ə çatdığı, 62 əsgərin yaralandığı bildirilirdi.  Məlumata əsasən, əməliyyat başlayandan Afrin bölgəsində 947 terrorçu məhv edilib.

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi