Modern.az

Azərbaycan deputatı Türkiyədəki Dədə Qorqud Festivalında cixiş edib

Azərbaycan deputatı Türkiyədəki Dədə Qorqud  Festivalında cixiş edib

Təhsil

18 İyul 2011, 11:48

Türkiyənin Bayburt şəhərində 17-ci Beynəlxaıq "Dədə Qorqud  Mədəniyyət və Sənət Festifalının açılış mərasimi olub. Mərasim türk dünyasının müxtəlif ölkələrindən gəlmiş nümayəndələrin Masat kəndindəki "Dədə Qorqud" türbəsinə ziyarəti ilə başlayıb. Azərbaycanı bu festivalda millət vəkili Qənirə Paşayeva və Mahmud Kaşqari Fondunun icraçı direktoru, şair Elxan Zal təmsil edib. Türbənin ziyarətindən sonra açılış mərasimi düzənlənib.
Mərasimdə çıxış edən Qənirə Paşayeva bildirib ki, "mənim babalarım bu günü görməyi, bu günü yaşamağı çox gözləyiblər. Onlar həmişə Dədə Qorqud övladlarının bir araya gəlməsini arzulayıblar. Şükürlər olsun ki, onların arzularını bu gün bizlər, onların nəvələri həyata keçirə bilirik və həmişə türk qövmünə öz müdrikliyi ilə yol göstərən bir ulu şəxsiyyətin məzarı başında bir araya gəlmişik. Ortaq Atamız Dədə Qorqudun səmalardan izlədiyi bu mərasim iştirakçılarını  qucaqlayır və Azərbaycan xalqının salam və sevgilərini sizə çatdırıram ”.
Millət vəkili tədbir iştirakçılarına Azərbaycan həqiqətləri,  Azərbaycan dövlətinin Türk dövlət və xalqlarının, diasporlarının birliyi istiqamətində gördüyü işlər barədə də məlumatlar verib.  Festivalın növbəti proqramı ümumxalq yürüşü olub. Yürüş bitəndən sonra geniş konsert proqramı düzənlənib. Konsertdə Azərbaycandan, Bosniyadan, Kosovodan, Gürcüstandan, Elazığdan gələn rəqs ansamblları çıxış ediblər. Konsertin yekununda türk birliyini simvolizə edən hava şarlarının uçurulması mərasimi keçirilib və bu mərasimin icrası Bayburt valisi Kərəm Al tərəfindən Qənirə Paşayevaya həvalə edilib. Bu tədbirə qatılmış çoxsaylı insanlar da Azərbaycana öz sevgilərini alqışlarla ifadə ediblər.




Modern.az
 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı