Ləğv prosesində olan "Gəncəbank" ASC-nin sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 12 fevral 2018-ci il tarixdən etibarən başlanacaq.
Bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADİF) mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.
ADİF bildirir ki, tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.
Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı ləğv prosesində olan “Gəncəbank” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət etsinlər və bank rekvizitlərini qeyd etsinlər.