Fransa Sosialist Partiyası Beynəlxalq Valyuta Fondunun keçmiş sədri Dominik Stross –Kanı prezidentliyə namizəd siyahısına salmayıb. Modern.az RBK Agentliyinə istinadən bildirir ki, dövlət başısı postuna partiyadan Sarkozinin keçmiş rəqibi Seqolen Ruyal, partiyada katib postunu tutan Martin Obri və parlamentin üzvləri Manuel Vals, Arno Montebur və Jan Mişel Bale namizəd olacaq.
Hələ bu ilin yazına qədər Stross Kan sosilastlərin prezidentliyə bir nömrəli namizədi sayılırdı. Amma məlum seks qalmaqalı bu siyasətçi və maliyyəçinin bütün nüfuzunu darmadağın etdi. Qalmqaladan dərhal sonra aparılan rəy sorğularında fransızların yarıdan çoxu onun namizəd kimi görmək istəmədiklərini bildirmişdilər.