Modern.az

Azərbaycanda 5 oğru saxlanıldı

Azərbaycanda 5 oğru saxlanıldı

6 Fevral 2018, 11:44

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən mülkiyyət əleyhinə olan növlərinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Ötən gün polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törədən şəxslər müəyyən edilib saxlanılaraq istintaqa cəlb ediliblər.

 

Belə ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabr ayından cari il yanvarın 19-dək olan müddətdə 8 evdən, 1 sexdən inşaat materialları, təmir-tikinti alətləri, elektrik naqili və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Əliyev saxlanılıb.  

 

Ötən ilin noyabr ayından cari il yanvarın 24-dək olan müddətdə 10-cu mikrorayondakı evlərin birinin liftinin əyləc dolağını, 1 mağazadan və 1 evdən inşaat materialları və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Murad Xanbalayev Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Kəpəz Rayon Polis İdarəsi  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin noyabr ayından cari il yanvarın 11-dək olan müddətdə 3 avtomobildən və 4 evdən pul, məişət əşyaları, akkumulyator və maqnitofon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Münasib Əhmədov saxlanılıb. 

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ötən ilin aprelində və cari il yanvarın 21-də rayon ərazisindəki 2  evdən pul, mobil telefon və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Örənqala qəsəbə sakinləri  Yaşar Hacıyev və Nizami Nağıyev saxlanılıblar.

 

Faktlarla bağlı cinayət işləri başlanılıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi