Dünyanın ən zəngin 500 insanı qiymətli kağızlar bazarında baş verən kəskin böhrana görə 114 milyard dollar pul itiriblər. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Bloomberg Billionaires İndex”-in reytinqində bildirilir.
Ən çox ziyan çəkən “Berkshire Hatavay” şirkətinin rəhbəri Uorren Baffetdir. “Bloomberg” milyarderin fevralın 5-də 5,1 milyard dollar itirdiyini yazıb. “Facebook”un yaradıcısı və sahibi Mark Zukerbeq isə 3,6 milyard dollar itirərək 74,7 milyard dollara sahib qalıb.
Dünyanın ən varlı insanı, “Amazon” şirkətinin sahibi Ceff Bezos isə kapitalının 3,3 milyardlıq hissəsini itirsə də, 116,4 milyard dollar sərvətə malikdir. “Google”un yaradıcıları Larri Peyc (52,9 milyard dollar) və Sergey Brin (51,5 milyard dollar) isə hərəyə 2,3 milyard dollar itirib.
Nyu-York fond birjasında kəskin ucuzlaşma qonşu ölkələrin də qiymətli kağız bazarına təsir edib.