Bu gün Milli Məclisin deputatı Cavid Osmanovun doğum günüdür.
Cavid Osmanov 1975-ci ildə Ağdaş rayonunda anadan olub. 2015-ci ildə Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülüb. 90 saylı Ağdaş seçki dairəsindən deputat seçilib.
Deputat Cavid Osmanovun bu gün 43 yaşı tamam olur.
Deputat Modern.az saytına açıqlamasında xüsusi doğum günü keçirtmədiyini deyib.
“Hazırda Ağdaşda seçicilərimin yanındayam. Seçicilərin əhatəsində olmaq gözəl hissdir. Təbrik edənlərə bir daha təşəkkürümü bildirirəm”.
Deputat doğum günündə qocalmaqdan da söz açıb.
“Düzü, qocalmaq haqqında fikirləşmirəm. Ruhum və düşüncəm sağlam və gəncdir”.