Azərbaycanın Qəbələ şəhəri 2020-ci il üçün “İslam dünyasının turizm paytaxtı” seçilib.
Modern.az xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Twitter səhifəsində yerləşdirilən məlumatda bildirilib. Qeyd edilib ki, qərar İƏT-ə üzv ölkələrin turizm nazirlərinin X konfransında qəbul olunub.