Modern.az

Millimiz bu gün Portuqaliya yığması ilə qarşılaşacaq

Millimiz bu gün Portuqaliya yığması ilə qarşılaşacaq

6 Fevral 2018, 15:00

Futzal üzrə Avropa çempionatının 1/4 final mərhələsində Azərbaycan millisi bu gün Portuqaliya yığması ilə qarşılaşacaq.

 Lyublyanadakı “Stojice Arena”da keçiriləcək oyunu Cerny Ondrej (Çexiya), Tomiç Saşa (Xorvatiya) və Çetin Kamildən (Türkiyə) ibarət hakimlər briqadası idarə edəcək.

Oyunun UEFA nümayəndəsi Haugen Kim Milton (Norveç), hakim-inspektoru isə Qalan Nieto Pedro Angel (İspaniya) olacaq.

Azərbaycan-Portuqaliya oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, millimiz qrup mərhələsində Fransa yığmasına 5:3 hesabı ilə qalib gəlsə də, İspaniya komandasına 0:1 hesabı ilə məğlub olub.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi