ABŞ dövlət katibinin sualı Kamal Kılıçdaroğlunu təəccübləndirib
“AKP Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün aparılan sülh danışıqları və erməni-türk protokolları barədə müxalifətə heç bir məlumat vermir”. Modern.az Türkiyənin “Huriyyət” qəzetinə istinadən bildirir ki, bu barədə müxalifətçi Cumhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ABŞ dövlət katibi Hillari Klintonla görüşündə onun bu barədə olan sorğusuna cavab verərəkən deyib.
Hillari Klintonun “iqtidar deyir ki, erməni-türk protokllarının parlamentdə təsdiq olunmasına müxalifət imkan vermir” sorğusunu CHP lideri təəccüblə qarşılayıb. K. Kılıçdaroğlu bildirib ki, bu protokolların təsdiq olunması üçün AKP-nin heç bir problemi yoxdur. Çünki onlar parlamentdə əksər səs üstünlüyünə malikdirlər və onlar istədikləri zaman bu protokolları səsverməyə çıxara bilərlər.
“Hakimiyyət Dağlıq Qarabağ münaqişəsi və bu protokollar barədə bizə heç bir məlumat vermir. Biz bu münaqişə ətrafında gedən danışıqlar prosesi barədə məlumatları KİV-in köməyi ilə alırıq”-deyə CHP sədri Klintona bildirib.
Klinton isə bildirib ki, Ərdoğan hakimiyyəti ilə görüş zamanı protokolların taleyi ilə bağlı soruşduqda ona deyiblər ki, “bu protokollar ona görə parlamentə çıxarılmır ki, CHP bu sənədin əleyhinə çıxış edir”.
ABŞ dövlət katibi Liviya böhranı ilə əlaqadar olaraq Türkiyəyə səfər edib və ölkənin hakim və müxalifət partiyaları ilə də görüşüb.