Modern.az

"NUR” 13 yaşlı qızın qətli ilə bağlı Bakıdakı səfirliklərə müraciət edib

"NUR” 13 yaşlı qızın qətli ilə bağlı Bakıdakı səfirliklərə müraciət edib

Qarabağ

18 İyul 2011, 13:20

“NUR” Uşaq və Gənclər İctimai Birliyi 13 yaşlı Aygün Şahmalıyevanın ermənilər tərəfindən qətlə yetirilməsini qətiyyətlə pisləyən bəyanat yayıb. Bəyanatda deyilir:

“Mart ayında erməni snayperindən açılan atəş nəticəsində qətlə yetirilmiş 9 yaşlı Azərbaycan sakini Fariz Bədəlovdan sonra daha bir uşaq ölümü faktı qeydə alınıb. 13 yaşlı Aygün Şahmalıyeva, ermənilərin humanism və mənəviyyatə əks siyasətinin növbəti qurbanına çevrilib. Partlayıcı qurğu quraşdırılmış uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Aygün Şahmalıyeva Tovuz çayının kənarından tapdığı oyuncağı evə gətirib. Həmin oyuncaq evdə partlayıb. Nəticədə Aygün hadisə yerində keçinib.
Uşaqlar günahsız, həssas və böyüklərdən asılıdırlar. Hər bir uşaq sevinc və sülh içində yaşayaraq, böyüməli və bilik almalıdır. Aygün Şahmalıyeva, 13 yaşlı Azərbaycanlı qız öz hüquqlarından məhrum olmuşdur.
21 iyul 1992-ci il tarixində Azərbaycan Respublikası tərəfindən qəbul edilmiş, dünyada insan hüquqları üzrə ən geniş ratifikasiya olunan beyləlxalq saziş sayılan BMT-nin “Uşaq Hüquqları Konvensiyası” nın 6-cı maddəsində əks olunub ki, “hər bir uşaq yaşamaq hüququna malikdir. Dövlət uşağın sağ qalmasını və inkişafını təmin etməyə borcludur”.
Konvensiyada həmçinin əks olunub ki,  uşaqların zəruri ehtiyacları və təhlükəsizlikləri müharibə zamanı zorakılıq hökm sürən yerlərdə belə təmin edilməli və qorunmalıdır.
Unutmayın ki, siz uşaqlara “Uşaq hüquqları Konvensiyası”nın  mümkün ratifikasiyası və icrasının təmin edilməsinin təbliği üzərində işləməyi vəd etmisiniz. Uşaqlara sağlam, təhlükəsiz və sülh içində həyat bəxş etmək üçün onları mübaribə dəhşətlərindən qorumağı, gələcəkdə silahlı münaqişələrin baş verməsinin qarşısını almağı vəd etmisiniz!
Bizim səbrimiz artıq tükənibdir, çünki daha bir günahsız uşağın ölümü qəbuledilməzdir! Daha bir uşaq snayper və ya partlayıcı maddənin qurbanına çervilməmiş bu dayandırılmalıdır.
Azərbaycana qarşı erməni təcavüzünün qurbanı olan daha bir uşaq bütün dünya ictimayəti üçün bir çağırışdır. Bizim başqa bir uşağın öz yaşamaq hüququndan məhrum edilməyəcəyi barədə heç bir zəmanətimiz yoxdur.
Biz müharibə, aqressiya və xarici işğalın qurbanlarına çevrilmiş Azərbaycanlı uşaqlar üçün ədalət istəyirik!”.

İngilis dilində hazırlanan bəyanat Azərbaycanda akkreditə olunmuş səfirliklərə, beynəlxalq təşkilatlara, beynəlxalq uşaq təşkilatlarına və sosial şəbəkələrə göndərilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu