Modern.az

Bakıdakı “Radiozavod”da partlayış oldu - Video, Yenilənib

Bakıdakı “Radiozavod”da partlayış oldu - Video, Yenilənib

6 Fevral 2018, 20:13

Bakıda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Radiozavod”da partlayış baş verən partlayış istehsalat sahələrindən birində baş verib. Partlayış o qədər də böyük olmayan ərazini əhatə edib.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova "Qafqazinfo"ya bildirib ki, hadisə zamanı xəsarət alan olmayıb. Hər ehtimala qarşı təcili yardım əməkdaşları hazırda hadisə yerindədirlər.

 

20:00

 

Bakıda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Radiozavod”da partlayış baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, partlayış yanğınla müşahidə olunub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yanğın artıq lokallaşdırılıb. Hadisə nəticəsində ölən və yaralananları olması barədə ilkin məlumat yoxdur.  

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi