Modern.az

ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bakıya gəldi

ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bakıya gəldi

6 Fevral 2018, 19:51

ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti Bakıya gəlib. Modern.az xəbər verir ki, bu gün rusiyalı həmsədr İqor Popovun da səfər edəcəyi gözlənilir.

 

Minsk qrupunun həmsədrləri Endryu Şefer, Stefan Viskonti və İqor Popovun Bakıda rəsmilərlə görüşü fevralın 7-nə planlaşdırılıb.

 

Səfərdə məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə hazırda aparılan intensiv və məntiqi əsaslı danışıqlara dair müzakirələrin davam etdirilməsidir.

 

Qeyd edək ki, amerikalı həmsədr E.Şefer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik artıq Bakıdadırlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi