Modern.az

Türkiyənin Ali Hərbi Məktəbinə azərbaycanlı gənclərdən sənəd qəbulu başlayır

Türkiyənin Ali Hərbi Məktəbinə azərbaycanlı gənclərdən sənəd qəbulu başlayır

Təhsil

18 İyul 2011, 13:27

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbul elan edilib. Modern.az xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komisiyası (TQDK) məlumat yayıb. Məlumatda bildirilir ki, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbində Azərbaycan gənclərinin təhsil alması üçün keçirilən müsabiqədə iştirak etmək istəyən şəxslər iyulun 19-dan etibarən TQDK-nın internet saytında www.tqdk.gov.az  müvafiq səhifəyə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qəbul elanının tam mətni ilə də həmin səhifədə tanış olmaq olar.

Müsabiqənin birinci mərhələsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən cari ildə Azərbaycan bölməsi üzrə I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında 400 və daha yüksək bal toplamış Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) iştirak edə bilərlər.

II mərhələdə qəbul elanında qeyd olunan  boy, çəki normalarına və digər şərtlərə uyğun gələn namizədlər arasında seçim aparılacaq. Müsabiqənin yekunlarına əsasən 5 nəfər Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə təhsil almağa göndəriləcək. Kursantlar təhsili bitirdikdən sonra əlavə olaraq həmin ölkədə 1 il təkmilləşdirmə kursuna cəlb olunacaqlar.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbini müvəffəqiyyətlə bitirən  şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin olunacaqlar.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı