Tovuz rayonunda yük maşını tərəfindən vurulan piyadanın kimliyi məlum olub. Modern.az "Report"a istinadən xəbər verir ki, həmin şəxs rayonun Aşağı Eyyublu kənd sakini, 2011-ci il təvəllüdlü Elvin Elnur oğlu Əsgərovdur.
O, küçədə oynayarkən qəflətən yola çıxıb və 20 DN 993 dövlət qeydiyyat nişanlı "KamAZ" markalı yük maşını tərəfindən vurulub. Hadisəni törədən sürücü, Aşağı Eyyublu kənd sakini, 1993-cü il təvəllüdlü İbrahim Nazim oğlu Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.