Modern.az

Tayvanda zəlzələ oteli dağıtdı: 2 ölü - Yenilənib

Tayvanda zəlzələ oteli dağıtdı: 2 ölü - Yenilənib

Dünya

7 Fevral 2018, 00:34

Tayvanın şərqində yerləşən Xualyan şəhərində baş verən  güclü zəlzlə nəticəsində 2 nəfər ölüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, zəlzələ nəticəsində 100-dən çox insan xəsarət alıb.

 

Məlumata görə, daha 29 nəfər xilasedicilərin səylərinə baxmayaraq, "Marshal" otelində çıxılmaz vəziyyətdə qalıb. Otelin binası qismən dağılıb və güclü yeraltı təkanlar nəticəsində otel şaqüli vəziyyətdə əyilib.

 

KİV-in məlumatına görə, zəlzələ zamanı azı beş bina qismən dağılıb, körpülərə, asvalt örtüklərinə, trotuarlara ziyan dəyib.

 

Axtarış-xilasetmə işlərinə təqribən 100 hərbçi cəlb olunub. Onlara daha 250 əsgərin qoşulacağı gözlənilir.

 

21:44

 

Tayvanın şərqində 6,1 maqnituda gücündə zəlzələ ciddi dağıntılara səbəb olub. Modern.az “RiaNovosti”yə istinadən xəbər verir ki, zəlzələ  nəticəsində otel binası uçub. Uçan otel Xualyan qəzasında yerləşir. Tələfat barədə hələlik  məlumat verilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU