Modern.az

Prezidentin xəbərdarlığına kimlər məhəl qoymur?

Prezidentin xəbərdarlığına kimlər məhəl qoymur?

18 İyul 2011, 14:08

Adətən yaz-yay mövsümündə bəzi ərzaq mallları, o cümlədən ətin qiyməti ucuzlaşır. Bakıda isə bunun əksi müşahidə olunur. Şəhərin ticarət şəbəkəsində mal ətinin qiymətini başalaşdırmaqda davam edirlər. Bir ay öncə mal ətinin qiymətini 7 manatdan 7 manat 50 qəpiyə qaldıran satış obyektləri indi də onu 8 manat ediblər.
Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev hələ may ayındakı qiymət artımı zamanı jurnalistlərə demişdi ki, ətin bahalaşması süni xarakter daşıyır. “Çünki biz bu məhsulları özümüz istehsal edirik, idxal etmirik"-deyən A.Vəliyevin o sözlərindən sonra gözləmək olardı ki, aidiyyatı qurumlar süni qiymət artımı həyata keçirənlərə qarşı əks-tədbirlər görəcəklər.
Axı Prezident İlham Əliyev mayın 6-da Ağcabədidə kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı məsələlərinə həsr olunmuş müşavirədə süni qiymət artımının qarşısının alınması və yerli bazarın keyfiyyətli məhsullarla təminatı üçün ardıcıl tədbirlər görüldüyünü qeyd etmişdi. Və tapşırıqlar vermişdi. Bəs Prezidentin tapşırığını hansı dövlət orqanları qulaqardına vurur, niyə süni bahalaşmaya qarşı tədbir görmürlər?

Azad İstehlakçılar İctimai Birliyin sdəri Eyyub Hüseynovdan Modern.az saytına bildirib ki, mal ətinin bahalaşmasının iki səbəbi var:
“Birincisi ölkənin kənd təsərrüfatı siyasətinin yarıtmaz vəziyyətdə olmasıdır. Kənd Təsərüfatı Nazirliyinin yerli qurumları əsasən qiymətləri formalşdırmaq siyasəti ilə məşğuldurlar. Yəni bunlar bazar qanunlarına zidd olan bir iş görürlər. Bunlar hər şənbə  və bazar günləri özlərinin bahalı paltarlarını geyinib çıxırlar bazara, malların üstunə qiymət qoyurlar. Halbuki bu nazirliyin işçiləri bolluq yaratmaq üçün həmişə kədlinin yanında olmalıdırlar. Nazirliyin strategiyası yalnız bunun üzərində qurulmalıdır, lakin onlar yarmarka düzəldib qiymət nizamlamaqla elə bilirlər ki, qiyməti aşağı salmaq olar.

İkinci səbəb ölkədə istehlakçı hüquqlarının qorunması sahəsindəki siyasətin  zəifliyilə bağlıdır. Hökümətin birmənalı şəkildə biznesi dəstəkləyən siyasəti var. Lakin istehlakçını qoruyan siyasət yox səviyəsindədi. 1995-ci ildə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun qəbul olunub. Ondan sonra həmin qanuna 6 dəfə dəyişiklik olunub qanunda hamısında istehlakçı hüquqlarının zəiflətməsi işi aparılıb. Qiymətin bahalaşması ilə bağlı Prezident İlham Əliyev öz narazılığını bildirib. Nazirlər Kabinetinin iclasında Prezident qeyd edib ki, bazarda şişirdilmiş qiymətlər mövcuddur, onunla mübarizə aparılmalıdır”.
 
E.Hüseynov deyib ki, Azad İstehlakçılar Birliyi Prezidentin bu tapşırığına ictimai dəstək vermək üçün hazırda layihə həyata keçirir.
“Biz şikayət və təkliflər qəbul edirik, biznesmenlər üçün bülletenlər dərc etmişik. Həmin bületenlərdə yazırıq ki, izafi xərclərə verilən rüşvətlər malların qiymətlərinin üstunə qoyulmasın. Əgər ölkədə effektli istehlakçı siyasəti gedərsə, qiymət ən aşağısı 10 faiz aşağı düşəcək. Mal ətinin yay aylarında  bahalaşmasından belə çıxır ki, rüşvət alanların sayı  çoxalıb. Bakı şəhərinə əti gətirmək üçün daha çox rüşvət verilir. Bu isə ətin qiymətinin bahlaşmasına gətirb çıxarır. Ölkə başçısının tapşırıqlarına hökümət nümayəndələri normal dəstək vermirlər”.

Yeri gəlmişkən, qarşıdan müsəlmanların müqəddəs Ramazan ayı gəlir. Avqustun 1-dən başlayan bu müqəddəs ay ərəfəsində Azərbaycan bazarlarında qiymətlərin bahalaşması yəqin hamının qanını qaraldıb.

Mail Ağaxanov

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər