Modern.az

Seçici fəallığının artırılması üçün...

Seçici fəallığının artırılması üçün...

6 Fevral 2018, 23:55

Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatları üçün seçkilərdə iştirak bacarıqlarının artırılması ilə bağlı təlimlər keçirilib. Modern.az xəbər verir ki, "Demokratiyanı Öyrənmə"  İctimai Birliyi tərəfindən Bakıda keçirilən təlimlərə 20-yə yaxın QHT təmsilçisi atılıb. Avropa Komissiyasının dəstəyi ilə icra edilən “Azərbaycanda azad və ədalətli seçkilər üçün vətəndaş iştirakçılığı” layihəsi çərçivəsində keçirilən təlimə ölkənin 10 regionundan iştirakçılar cəlb edilib. İştirakçılara Azərbaycanın seçki qanunvericiliyi, seçici fəallığının artırılması üzrə müsbət təcrübələr lə bağlı məlumat verilib.

 

Seçkilər, vətəndaş iştirakçılığının artırılması sahələrində çalışan ekspertlər tərəfindən seçki qanunvericiliyi üzrə təklif edilən dəyişiklik tövsiyyələri və onların icra vəziyyəti, seçki prosesinin ayrı-ayrı iştirakçıları – xüsusilə seçicilər, seçki komissiyaları, müşahidəçilərin hüquq və vəzifələri ilə bağlı təqdimatlar edilib.

 

Təlim sessiyalarında seçkilərin demokratiyada rolu və vətəndaşların seçkilərdə iştirakının əhəmiyyəti kimi məsələlər xüsusilə diqqət mərkəzində saxlanılıb. Hədəf qrupların seçkilər mövzusunda həssaslığının artırılması və onların gələcək seçkilərdə iştirak aktivliyini artırmaq üçün zəruri olan bilik, bacarıq və təcrübələrlə, həmçinin onların çatdırılması üsulları ilə bağlı müzakirələr aparılıb.

 

Təlim iştirakçıları həm də  layihə çərçivəsində hazırlanacaq regional seçki iştirakçılığı ilə bağlı strateji baxış sənədi ilə tanış edilib. Onlar bu təlimdə əldə etdikləri bilikləri digər hədəf qruplarına ötürməklə həmin strategiyaların həyata keçirilməsinə də öz töhfələrini verəcəklər. Bu məqsədlə regionlarda seminarlar, kiçik qrup müzakirələri, yarışlar, maarifləndirici materialların paylanması, sosial şəbəkə fəaliyyətləri və s. kimi üsullardan istifadə edilməsi nəzərdə tutulur.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?