Bakının Qaradağ rayonunda köməksiz qalan 1 nəfər azyaşlı xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində evdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin qapısının açılmasını təmin edib.
Əməliyyat başa çatıb.