Türkiyənin İstanbul şəhərində hoteldə yanğın baş verib.
Bu haqda Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir.
Hadisə Bəyoğlu rayonunda 7 mərtəbəli hotelin 4-cü mərtəbəsində qeydə alınıb.
Məlumata görə, yanğın nəticəsində aralarında əcnəbi vətəndaşın da olduğu 6 nəfər xəsarət alıb. Onlardan 3-nün vəziyyəti ağırdır.
Yanğın söndürülüb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ açıqlanmır.