Rumıniyanın “Ziaruldebacau” qəzeti Avroliqanın 2-ci təsnifat mərhəlisnin görüşlərinə dair məqaləsində Azərbaycanın “Xəzər –Lənkəran” futbol komandasını Ermənistan komandası kimi təqdim edib. Modern.az qəzetin rəsmi saytına istinadən bildirir ki, bu kobud səhv şərh yazısının bir neçə yerində əks edilib.
Qəzetin saytında yerləşdirilmiş yazıda digər komandamız olan "Qarabağ" Azərbaycan klubu kimi təqdim olunub. Amma nədənsə "Xəzər Lənkəran"la bağlı belə kobud yanlışlığa yol verilib.
Həmin yazıda qeyd bu formadadır.
Xazar Lankaran (Armenia) – Maccabi Tel-Aviv (Israel) 1-3,
EB/Streymur (Ile. Feroe) – Qarabag (Azerbaidjan) 1-1,
Tam materilla bu qəzetin rəsmi saytından bu ünvanda tanış olmaq olar: