ABŞ Dövlət katibi Reks Tillerson Rusiyanın mümkün seçki müdaxilələrinə qarşı effektiv hazırlığın olmamasından gileylənib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, diplomat Konqresə gözlənilən seçkilər ərəfəsində də rusların müdaxilələrə cəhd etdiyini xatırladıb.
“Ruslar tez-tez adaptasiya olduqları üçün seçkilərə yaxşı hazırlaşdığımızı deyə bilmərəm”.
Bununla belə, Tillerson Rusiyanın bu müdaxilələri dayandırmayacağı halda buna cavab veriləcəyini bildirib.