Modern.az

Naxçıvan Hərbi Məhkəməsinin sədri vəzifədən azad edilib

Naxçıvan Hərbi Məhkəməsinin sədri vəzifədən azad edilib

Aktual

7 Fevral 2018, 11:15

Milli Məclisin fevralın 13-də keçiriləcək plenar iclasında Qasım Vəli oğlu Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılacaq.

Modern.az xəbər verir ki, bu layihə Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub. 

Layihədə bildirilib ki, Vəli Əliyev öz ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri vəzifəsindən azad edilib.

Qasım Vəli oğlu Əliyevin vəzifəsinin dəyişdirilərək, Naxçıvan Mxtar respublikanın Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılması tövsiyə edilib.

Bu qərar imzalandığı gündən qüvvəyə minəcək.

Qeyd edək ki, V.Əliyev 2007-ci ildən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri idi. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi