Modern.az

Parlamentdə əlillərlə bağlı dinləmə keçirilir

Parlamentdə əlillərlə bağlı dinləmə keçirilir

Aktual

7 Fevral 2018, 11:33

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Əlil olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin ictimai dinləmələri keçirilir.

 

Modern.az xəbər verir ki, komitə sədri Hadi Rəcəbli bildirib ki, “Əlil olan şəxslərin hüquqları haqqında” qanun layihəsi üzərində 4 ildən çoxdur işlər, təkmilləşdirmələr gedir.

 

H. Rəcəbli deyib ki, qanun layihəsinin hazırlanması təşəbbüskarı adıçəkilən komitə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliydir.

 

Deputat bildirib ki, qanun layihəsi bir sıra təşkilatlar və beynəlxalq qurumlarla birgə işlənilib.

 

“Yəni, bu yöndə yeni qanun layihəsinin hazırlanması və müzakirələrə təqdim olunması qərara alınıb. Bildiyiniz kimi, qanun layihəsi ilə bağlı komitəmizdə ilkin müzakirələr aparılıb, bu gün isə onun ərtafında ictimai dinləmələr keçirməyi qərara almışıq. İlkin müzakirələrdə də qanun layihəsi müsbət qarşılanmaqla yanaşı, bəzi təkliflər səsləndirilib.

 

Məsələn, elə məsələlər var ki, onlar qanun layihəsinin başlıca predmeti deyil, o, Nazirlər Kabinetinin funksiyasına aid olan məsələlərdir və sair. Ona görə də belə düşündük ki, qanun layihəsini plenar iclasa çıxarana qədər insanları, əlil kateqoriyasına aid olan qrupları məlumatlandıraq, birgə müzakirə edək”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi