İnquşetiya rəhbəri Yunusbek Yevkurovun qardaşı oğlu Həsən Yevkurov ölüb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ölümün bədbəxt hadisə nəticəsində baş verdiyi bildirilir. Belə ki, fevralın 6-sı axşam saatlarında öz silahını təmizləyən zaman Həsən Yevkurov təsadüfən tətiyə basıb və başından ölümcül yara alıb.
İnquşetiya lideri Qətərə səfərini təcili dayandıraraq Rusiyaya qayıdacağını bildirilib.