Modern.az

Əfqanıstan ABŞ-ı 45 milyard dollar xərcə salacaq

Əfqanıstan ABŞ-ı 45 milyard dollar xərcə salacaq

Dünya

7 Fevral 2018, 11:51

2018-ci ildə ABŞ-ın Əfqanıstandakı hərbi xərcləri 45 milyard dolları keçəcək. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə müdafiə nazirinin köməkçisi Rendal Şrayver deyib.

Onun sözlərinə görə, 13 milyard dollar hərbi kontingentin saxlanmasına, 5 milyard dollar hərbi qulluqçulara dəstəyə və 780 milyon dollar isə rəsmi Kabilə iqtisadi yardım formasında veriləcək. Qalan vəsait isə maddi-texniki təminata yönəldiləcək.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU