Modern.az

Arif Hacılı və digər “2 aprel” məhbusunun istintaqı başa çatdı

Arif Hacılı və digər “2 aprel” məhbusunun istintaqı başa çatdı

Təhsil

18 İyul 2011, 15:28

İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilən sonuncu 4 nəfərin istintaqı yekunlaşıb. Bakı şəhər prokurorunun köməkçisi Ramiz Rzayev bildirib ki, hazırda cinayət işi materialları ilə tanışlıq mərhələsi başlayıb. (APA)

İş üzrə təqsirləndirilənlər Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlının vəkilləri cinayət işinin materialları ilə tanış olduqdan sonra iş baxılması üçün məhkəməyə göndəriləcək.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhər Prokurorluğunun vəsatəti əsasında Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidlinin həbs müddəti uzadılıb.

Xatırladaq ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Təqsirləndirilənlərdən 10 nəfərinin cinayət işi yekunlaşaraq məhkəməyə göndərilib. Onlardan 6-nın məhkəməsi gedir.


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı