Modern.az

Nikahqabağı müayinədən keçənlərin 119 nəfərində QİÇS aşkarlanıb

Nikahqabağı müayinədən keçənlərin 119 nəfərində QİÇS aşkarlanıb

Aktual

7 Fevral 2018, 12:24

2017-ci ildə nikahqabağı müayinədən 135990 nəfər keçib. Onlardan 3891 nəfərində talassemiya daşıyıcılığı, 449 nəfərində sifilis, 119 nəfərində QİÇS aşkar edilib.

Modern.az xəbər verir ki, bunu Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva açıqlayıb. 


Onun sözlərinə görə, hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 41 olub:

"Bu cütlüklərin 39-u instituta müraciət edib. 22 nəfərə hamiləlik zamanı prenatal diaqnostika aparılıb. Ümumilikdə isə 2015-ci il iyunun 1-dən indiyədək 373680 nəfər müayinədən keçib. Onların 14364-ündə talassemiya daşıyıcılığı, 1349-da sifilis, 293-ündə QİÇS təyin edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 134 olub”.


Z.Əlimirzəyevanın sözlərinə görə, bu cütlüklərin 86-sı instituta müraciət edib:

“44 nəfərə hamiləlik zamanı prenatal diaqnostika aparılıb. Onlardan 11 xəstə, 26 daşıyıcı və 7 sağlam döl müəyyənləşdirilib".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi