Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı 2011-ci ili öz fəaliyyətində “Mübariz İbrahimov ili” elan edib. Bu məqsədlə təşkilat Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Vətən bizim and yerimiz” gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması layihəsi çərçivəsində növbəti tədbirini Ağdam rayonunun Təzəkənd köçkün qəsəbəsində məskunlaşmış ağdamlı gənclərlə keçirib.
Tədbir şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə açılıb. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov layihənin mahiyyətindən, 20 %-dən artıq torpaqğı işğal altında, 1 milyondan çox vətəndaşı qaçqın və məcburi köçkün şəraitində yaşayan ölkənin gənclərinin üzərinə düşən məsuliyyət və vəzifələrdən danışıb.
V.Qədirov çıxışında Ermənistanın heç bir beynəlxalq hüquq normalarına əhəmiyyət vermədən hələ də Azərbaycan torpaqlarını işğal altında saxlamalarını beynəlxalq təşkilatların Azərbaycana qarşı ikili standartlarla yanaşmasının bariz nümunəsi kimni qeyd edib.
Azərbaycanın hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsindən bir neçə dəfə çox olmasını təmin edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu olmayib və ola da bilməz” fikrinə toxunan V.Qədirov gənclərin prinsipiallıqla öz Prezidentlərini dəstəklədiklərini, hər an Ali Baş Komandanın əmrinə hazır olduqlarını bəyan edib.
Onun sözlərinə görə, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun gostərdiyi şəxsi şücaət ermənilərə ən böyük zərbə olmaqla bərabər, Azərbaycan gəncliyinin torpaqlarımızın işğalı ilə hec zaman barışmayacağını göstərir. V.Qədirov gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsini torpaqlarımızın işğaldan azad olunmasını təmin edən əsas vəzifələrdən biri olduğunu qeyd edib.
Ağdam rayon Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov, Təkamül və İnteqrasiya beynəlxalq ictimai birliyinin sədri Arzu Qədirova, YAP Ağdam rayon Gənclər Birliyinin sədr müavini, Heydər Əliyev Mərkəzinin direktoru Anar Əmirov və digər çıxış edən gənclər uşaq, yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi tədbirlərinin mütəmadi və sistemli şəkildə aparılmasının vacibliyini qeyd ediblər.
Tədbirdə gənclərə marifləndirici materiallar, Mübariz İbrahimova həsr olunmuş bukletlər paylanıb.
Gənclərin müraciətini nəzərə alan V.Qədirov idman meydançasının salınması üçün “Dövlətqaşqınkom” və Gənclər və İdman Nazirliyi qarşısında məsələ qaldıracağını bildirinb
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı bu qəbildən olan növbəti tədbirini Goranboy rayonunun Ağcakənd qəsəbəsində, laçınlı məcburi köçkünlərin məskunlaşdığı Taxta-körpü qəsəbəsində keçirəcək.
Modern.az