Modern.az

ABŞ Şimali Koreyaya ən sərt sanksiyalar tətbiq edəcək

ABŞ Şimali Koreyaya ən sərt sanksiyalar tətbiq edəcək

Dünya

7 Fevral 2018, 14:12

ABŞ Şimali Koreyaya qarşı bu vaxta qədər olan ən sərt sanksiyaları tətbiq edəcək. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Maykl Pens Yaponiya baş naziri Sintze Abe ilə görüşündə deyib.

“ABŞ tezliklə Şimali Koreyaya qarşı ən sərt iqtisadi sanksiya paketinin tətbiq olunmasına başlayacaq. Biz Şimali Koreyanı nüvə və raket proqramından tam imtina etməyənə qədər təcrid edəcəyik”.

 

Pens jurnalistlərin suallarını cavablandırarkən Şimali Koreya rejimini dünyanın ən amansız və despotik rejimi adlandırıb.

 

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU