“Dağlıq Qarabağ münaqişəsi 20 ildən çox müddətdə həll olunmayıb. Münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsdrləri Bakıdadır. Həmsədr ölkə kimi ABŞ-ın da nümayəndəsi bu prosesdə təmsil olunur. Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həlli olduqca önəmlidir. ABŞ həmin məqsədə çatmaq üçün atəlan səyləri dəstəkləyir”.
Modern.az xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan ABŞ Dövlət katibi müavininin müşaviri Bricet Brink deyib.
O, Azərbaycanda 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkilərinə də toxunub.
“Seçkilərlə bağlı Azərbayacana tövsiyəmiz ondan ibarətdir ki, proses Azərbaycan Konsitutsiyasına və beynəlxaıq hüquqlara uyğun keçirilsin. ABŞ insanların toplaşması və fikirlərinin azad ifadə edə biləcəyi, azad medianın olduğu mühiti dəstəkləyir”.
Bricet Brink daha sonra deyib ki, ABŞ hökumətinin uzunmüddətli mövqeyi ondan ibarətdir ki, insan haqları və fundamental dəyərlərə hörmət edilməsini ikitərəfli əlaqələrin vacib elementidir.
"İnsan haqları, korrupsiyaya qarşı mübarizə və qanunun aliliyinin təmin edilməsi Azərbaycanda biznes mühiti və sabitliyin təmin edilməsi baxımından önəmlidir
Prezident Donald Trampın da dediyi kimi, ABŞ-ın tərəfdaşları dəyərlərimizi və maraqlarımızı bölüşən ölkələrlədir. Hər iki tərəf - ABŞ və Azərbaycan bu məqsədi bölüşür".