Modern.az

Razi Nurullayevin də prezidentliyə namizədliyi irəli sürüldü  

Razi Nurullayevin də prezidentliyə namizədliyi irəli sürüldü   

Aktual

7 Fevral 2018, 16:18

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Modern.az  xəbər verir ki, seçkilərdə iştirak etmək istəyən daha bir siyasi təşkilat namizədinin adını açıqlayıb.

AXCP-dən ayrılan qanadın rəhbəri Razi Nurullayev növbədənkənar seçkilərdə namizəd olmaq istəyini bəyan edib.

“Ali Məclisin iclasını keçirtdik və mühüm qərarlar qəbul etdik. Partiya seçkidə iştiraka qərar verdi və mənim namizədliyimi dəstəklədi. Artıq seçkilərdə iştirakımı rəsmi olaraq bəyan edirəm”,-Razi Nurullayev bildirib.


“Niyə boykot etmədik” sualına da cavab verən təşklat rəhbəri deyib: “Boykot bizim üçün seçkilərin keçirilməsinə mane olmaq, seçki komissiyalarının işini iflic etmək və sonucda YAP-ın aprelin 11-də seçki keçirtməkdən imtina edərək, müxalifətlə danışıqlara başlaması anlamı deməkdir. Bunu edə bilmiriksə, bu, boykot yox, seçkidə iştirakdan imtinadır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi